Kumeyl duası

Bağışlayan ve rehmli Allahın adı ile!
İlahi! Rehmine göre Sene üz tuturam. Axı Senin rehmin her şeyi ehate edir.
Gücüne göre Sene üz tuturam. Axı Senin gücünün qarşısında her şey sarsılmışdır, her şey xar olmuşdur, her şey zelil olmuşdur.
Ezemetine göre Sene üz tuturam. Axı ezemetinle her şeye qalib geldin.
Şöhretine göre Sene üz tuturam. Axı Senin şöhretin qarşısında heç bir şey dura bilmez.
Böyüklüyüne göre Sene üz tuturam. Axı Senin böyüklüyün her yeri bürümüşdür.
Hökmranlığına göre Sene üz tuturam. Axı Senin hökmranlığın her şeyden üstündür.
Her şey fani olduqdan sonra baqi olan suretine üz tuturam.
Her şeyin esasında olan adlarına üz tuturam. Men Senin nuruna üz tuturam. Axı Senin suretinin nuru her şeyi işıqlandırdı.
Ey Nur!
Ey eybi olmayan müqeddes!
Ey ilkinlerin ilkini!
Ey sonuncuların sonuncusu!
İlahi! Bağışla günahlarımı. O günahlar ada leke getirir.
İlahi! Bağışla günahlarımı! O günahlar bedbextlik, ezab-eziyyet getirir.
İlahi! Bağışla günahlarımı. O günahlar nemetleri deyişdirir.
İlahi! Bağışla günahlarımı. O günahlar duanın qarşısını alır.
İlahi! Bağışla günahlarımı. O günahlar bela getirir.
İlahi! Bağışla etdiyim her günahı, buraxdığım her sehvi.
İlahi! Seni yada salmaqla Sene yaxınlaşıram, Senden özüme şefaet isteyirem. Sexavetini dileyirem ki, meni özüne teref getiresen, Sene şükr etmeyi mene bexş edesen, Seni yada salmaq üçün meni ilhama getiresen.
İlahi! Sene itaetkar, zelil, qorxaq bende kimi yalvarıram ki, meni bağışlayıb mene rehm edesen, menim üçün ayırdığın qismete meni razı ve qane edesen, her yerde meni tevazökar eleyesen.
İlahi! Ehtiyac içinde olan, çetin vaxtlarında öz dileyile Sene penah getiren ve Sene böyük ümid besleyen bir şexs kimi yalvarıram. İlahi! Hökmdarlığın ezemetlidir, yerin ucadır, tedbirin gizlindir, fermanın aşkardır, gücün qalibdir, qüdretin özünü gösterir, Senin hökmünden qaçmaq mümkün deyil.
İlahi! Senden başqa günahlarımı bağışlayan, yaramaz işlerimin üstüne perde çeken bir kes, pis emelimi yaxşı hereketle evez eden bir şey tapmıram. Senden başqa ilahi yoxdur. Sitayiş yalnız Sene mexsusdur. Men özümü zelil etdim, nadanlığım üzünden özümü cüretli sandım. Arxayın oldum ki, Sen meni evvelden yad edib xatırlamsan. Buna göre men xatircem oldum.
İlahi! Ey menim Mövlam, neçe çirkin işlerin üstünü örtmüsen? Neçe ağır beladan meni uzaqlaşdırmısan? Neçe büdremeden meni qorumusan? Neçe xoşagelmez emelden meni uzaqlaşdırmısan? Layiq olmadığım neçe gözel terifleri
menim adıma yazmısan?
İlahi! Belalarım böyükdür, pis cehetlerim çoxdur, emellerim nöqsanlıdır, demir qandallar meni buxovladı, sonsuz arzularım meni yaxşı işlerden saxlayıb hebs etdi, dünya azdırıcı görünüşü ile, nefsim ise öz cinayeti ve xeyanetile meni aldatdı.
Ey menim Ağam! Şerefine and içib Senden xahiş edirem ki, pis emelim ve reftarım duamın Sene çatmasının qarşısını almasın, gizli sirlerime beled olduğun üçün meni rüsvay etmeyesen, xelvetde etdiyim pis hereketime ve davranışıma, heddi aşmağım, cahilliyim, şehvetimin çoxluğu ve qefletde olmağım davam etdiyine göre meni cezalandırmağa telesmeyesen.
İlahi! Şöhretinin xatirine hemişe mene qarşı rehmli ol, bütün işlerimde menimle mehriban ol.
Ey Allahım, ey Rebbim! Senden başqa kimim var ki, ziyanlarımı leğv etmeyi ve işime göz qoymağı ondan isteyim?
Ey Allahım, ey Mövlam! Sen menim üçün hökm verdin, men ise bu hökmle nefsimin esiri olmaq yolunu tutdum, özümü düşmenimin vesvesesinden qorumadım. O da meni istediyi kimi aldatdı. Qezavü-qeder bu işde ona kömek etdi. Ve menimle baş veren hadiselerle Senin qoyduğun bir sıra serhedleri aşdım, bir sıra işlerine qarşı çıxdım. Bütün bu hallarda Sene şükr etmeliyem.
Senin hökmünle menim başıma gelenler üçün heç bir delilim yoxdur. Senin hökmün ve belaların menim boynuma qoyulub.
Ey Allahım! Teqsirim olduğu üçün ve nefsime çox ziyan vurduğuma göre Senin dergahına gelmişem ki, peşiman, qelbi qırılmış, günahlarının bağışlanmasını teleb eden, günahdan qayıdan, günahlarını boynuna alan, tesdiq ve etiraf eden bir insan kimi Senden üzr isteyem. Töretdiyim işlerden yaxa qurtarmağa ne bir penahım var, ne sığınmağa bir yerim. Üzrümü qebul etmekden ve meni geniş merhemetinin altına almağından başqa bir çıxış yolu yoxdur.
İlahi! Üzrümü qebul et! Düşdüyüm çetin veziyyete göre rehm et! Meni günahlarımın dolaşıq düyünlerinden xilas et!
Ey Rebbim! Bedenimin zeifliyine, derimin inceliyine, sümüyümün nazikliyine göre mene rehmin gelsin.
Ey meni yaradan, meni unutmayıb terbiye eden, mene yaxşılıq edib meni qidalandıran! Başlanğıcda olan merhemetin xatirine, mene etdiyin keçmiş yaxşılığın xatirine bağışla meni!
Ey menim Allahım, ey menim Ağam, ey menim Rebbim! Göresen, Senin cehennem odunda ezab çekmeliyemmi? Axı Senin birliyini qebul etmişem. Axı Senin merifet nurun qelbimi bu vehdetle tam bürüdükden sonra dilimde hemişe Senin zikrin olmuşdur. Axı, könlüm sene olan mehebbetine göre Senin birliyine inanmışdır.
Axı günahlarımı etiraf edib Senin böyüklüyüne
acizane dua edirem. Bu, Senin meqamından uzaqdır. Çünki Sen özünün terbiye etdiyin bir kesi zay etmekden, özüne yaxınlaşdırdığın bir şexsi özünden uzaqlaşdırmaqdan, yaxud penah getiren bir neferi azıdırmaqdan, yaxud özünün qoruduğun ve rehm etdiyin bir adamı belaya salmaqdan daha kerametlisen. Kaş, bunu bileydim.
Ey menim Ağam, Allahım, Mövlam! Senin ezemetine secde eden suretleri, sedaqetle Senin birliyinden danışan ve Seni terifleyib şükr eden dilleri, Senin ilahiliyini heqiqetini tanıyan könülleri, Seni terifleyib şükr eden dilleri, Seni elmle derk etmek isteyerek Senden qorxan ürekleri, günahlarını boynuna alıb Senden bağışlanmalarını isteyen ve Sene ibadet olunan yerlere can atan bedenin üzvlerini cehennem odunda yandıracaqsanmı? Senin haqqında güman bele deyildir. Senin feziletin barede bize bele xeber çatmayıb.
Ey kerem sahibi, ey Rebbim! Sen özün bilirsen ki, onların neticelerine ve onlardan doğan xoşagelmeyen şeylere dözmekde zeifem. Düzdür, bu belalar ve xoşagelmey en şeyler çox çekmir, az qalır ve qısa müddetlidir. Bes men axiretin belalarına ve onun böyük ezablarına nece dözeceyem? Axı onlar ele belalardır ki, müddeti uzundur, çox davam edir ve get-gede yüngülleşen deyil. Çünki bu, yalnız Senin qezebinden, intiqamından ve acığından gelir. Bu, ele bir ezabdır ki, ona ne göyler, ne de yer dözer.
Ey menim Ağam! Bes men ne edim? Axı men Senin zeif, zelil, heqir, yazıq ve müti bir bendenem.
Ey menim Allahım, Rebbim, Ağam, Mövlam! Giriftar olduğum hansı işlerden Sene şikayet edim? Hansı belanın ezabı ve şiddetinden, ya hansı belanın uzun çekmeyinden ve müddetinden şiven qoparıb ağlayım? Meni düşmenlerimin ezabına giriftar etsen, meni bela ehline qatsan, meni dostlarından ve övliyalarından ayırsan, nece olar?
Ey menim Allahım, Ağam, Mövlam, Rebbim! Tutaq ki, ezablarına dözdüm. Bes Senden ayrılmağıma nece dözüm, nece?
Ey Allahım, Ağam, Mövlam, Rebbim! Tutaq ki, Senin cehennem odunun yandırıcı heraretine dözdüm. Bes Senin bağışlamaq kerametine nece göz yumub dözüm? Ya cehennem odu içinde nece yaşayım? Böyüklüyünün xatirine bağışlamağını isteyirem.
Ey menim Ağam ve Mövlam! Sedaqetle and içirem ki, eger orada meni danışmağa qoysan, Sene üz tutub şiven qoparmaq isteyen cehennem ehli arasında mütleq şiven qoparıb berkden qışqıracağam. Feryad ile nale edenler kimi Senin dergahına boylanıb her an nale edeceyem. Harada olsan Seni çağıracağam.
Ey iman getirenlerin dostu, ey ariflerin arzularının sonu!
Ey
çaresizlerin feryadına çatan!
Ey doğru danışanların ürek dostu!
Ey alemlerin Allahı!
Ey menim Allahım! Göresen müxalifetine göre cehennemde hebs edilen ve günahlarına göre oradakı ezabın acısını dadan bir müselman bendesinin sesini merhemetinin sayesinde eşideceksenmi? Bu bende özünün günahlarına ve cinayetlerine göre cehennem tebeqeleri arasında hebs edilmişdir. O, Senin merhemetine ümid bağlayaraq qışqırıb yalvarır, tovhid ehlinin dilile seni çağırır, Senin böyüklük dergahına el uzadır.
Ey menim Mövlam! O, bu ezab içerisinde nece qalar? Axı o, Senin keçmiş mehribanlığını görmek isteyir. Yaxud cehennem odunda nece ezab çeker? Axı o, Senin feziletine ve rehmine ümid besleyir. Yaxud cehennem odunun alovlu dilleri onu nece yandırar? Axı, Sen onun sesini eşidir ve yerini bilirsen. Yaxud cehennem odunun qığılcımı onu nece bürüyecek? Axı Sen onun zeifliyini bilirsen. Yaxud o, cehennemin tebeqelerinde çaresiz şekilde nece qalsın? Axı Sen onun sedaqetini bilirsen. Yaxud alovun dilleri onu nece qışqırtmağa mecbur etsin? Axı o, «Aman, ya Rebb!» – deye Seni çağırır. Yaxud nece olsun ki, cehennemden azad olmağı üçün Senin feziletini isteyen bir kesi orada qoyub terk edirsen?
Heyhat, Senin haqqında güman bele deyil, Senin feziletin bele tanınmayıb. Bu, inamlı tovhid ehli ile yaxşılıq ve lütfle etdiyin reftara oxşamır.
Men qeti şekilde inanıram ki, heqiqeti inkar edenlere ezab vermek hökmünü vermeseydin ve ebedi düşmenlerinin üstünde hökmranlıq etseydin, mütleq cehennem odunun hamısını söndürüb serinliye ve salamatlığa çevirerdin. Onda cehennem heç kesin yeri ve meskeni olmazdı.
Lakin Senin adların müqeddesdir ve and içmisen ki, oranı bütün cinlerden ve insanlardan olan kafirlerle doldurasan, inadlı düşmenlerini cehennemde hemişelik saxlayasan. Sen ki, böyük ve qüdretlisen, evvelden enamınla ve kerametinle buyurmusan: «İman getiren adam günahkar adam kimidirmi? Elbette, beraber deyil».
İlahi, menim Ağam! Sene üz tutub malik olduğun qüdretine qetiyyetle amirane ve qelebe ile icra etdiyin hökmüne and verirem ki, etdiyim bütün pis işleri, yol verdiyim günahları, gizlinde etdiyim her bir nadanlığı, mene sübutunu buyurduğun ve bedenimin üzvleri üçün şahid teyin etdiyin eziz meleklerin yazdığı bütün pis işleri bu gece, bu saat bağışlayasan. Terefimden edilen her bir şeyi qeyd eden şahidlerle yanaşı, Sen özün de onların arxasından nezerlerinden gizli qalan şeyleri görmek üçün mene nezaret etmisen.
Sen merhemetinle onları gizli saxladın ve feziletinle onların üstüne perde
çekdin. Nazil etdiyin her bir xeyirden, ya üstün bildiyin yaxşılıqdan, ya yaydığın xeyirxahlıqdan, ya verdiyin ruziden, ya bağışladığın günahdan, ya örtdüyün sehvlerden menim payımı artıq etmeyini dileyirem.
Ya Rebb, ya Rebb, ya Rebb, İlahi, ey Ağam, Mövlam, ey menim sahibim, ey ixtiyarım elinde olan, ey menim yoxsulluğumdan ve ehtiyaclarımdan xeberdar olan! Ya Rebb, ya Rebb, ya Rebb! Haqqının, müqeddesliyinin, ezemetli keyfiyyetlerinin ve adlarının xatirine Sene üz tutub yalvarıram ki, geceli-gündüzlü vaxtım Seni yada salmaqla keçsin, xidmetine qovuşum, emellerim dergahında qebul olsun. Yalvarıram ki, bütün işlerim ve sözlerim yalnız bir söz olsun, vücudum daim Senin xidmetinde olsun.
Ey menim Ağam, ey arxalandığım ve dergahına ehvalımdan şikayet etdiyim!
Ya Rebb, ya Rebb, ya Rebb! Sene xidmet etmek üçün bedenimin üzvlerine güc ver, bedenimi berkit, Senin qorxun qarşısında mene çalışmaq seyi bexş et ve xidmetine çatmaq üçün mene deyanet ver. Qoy yarış meydanlarında Sene teref tez gele bilim, Sene doğru can atanlar arasında telesim, Senin hevesinde olanlar sırasında şövqle Sene yaxın düşüm, sadiq adamlar kimi Sene yaxınlaşım, möhkem inamlı şexsler kimi Senden qorxum, imanlı insanlarla birge Senin dergahının astanasında dayanım.
İlahi, pisliyimi isteyen her kesin pisliyini iste, meni aldananı Sen de keleye düçar et. Senden ayrılan bir pay kimi meni özünün en yaxşı bendelerinden birine, yeri Sene yaxın olan kese ve Senin dergahında yüksek meqamına göre seçilmiş şexse çevir.
Heqiqeten, Senin feziletin olmadan buna çatmaq olmaz. Böyüklüyün xatirine mene merhemet göster, şöhretinle vurğun et, xoş cavabınla mene minnet qoy, sehvimden keç, yoldan büdreyib çıxmağımı bağışla.
Axı bendelerine Sene ibadet etmek hökmü vermisen, Sene dua etmeyi onlara buyurmusan, onların duasına cavab vermeye zemanet vermisen. Ona göre ya Rebb, üzümü Sene tutmuşam.
Ya Rebb! Elimi Sene teref uzatmışam. Seni böyüklüyüne and verirem ki, duama cavab ver, meni arzuma çatdır, feziletinden ümidimi kesme, meni cin ve insanlardan olan düşmenlerimin şerinden saxla.
Ey tez razılıq veren Allah! Duadan başqa elinde başqa bir şeyi olmayanı bağışla. Axı Sen istediyini ede bilirsen.
Ey adı derman olan, zikr edilib xatırlanması şefa olan, itaetinde durmaq zenginlik olan Allah! Sermayesi ümid, silahı ağlamaq olan kese rehm et!
Ey nemetleri bol olan, ey çetinlikleri def eden, ey zülmetden qorxan üreklerin nuru, ey heç
kesden heç ne öyrenmemiş alim! Muhemmede ve Muhemmedin nesline salam gönder. Menimle özüne yaraşan terzde reftar et. Allah Peyğemberini ve onun neslinden olan xoşbext imamları beyendi ve çox alqışladı.
Vesselamu eleykum ve rehmetullahi ve bereketuh!

Advertisements