Mücir Duası

Bismillahir–rəhmanir–rəhim
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Allah!, Uca məqamlısan, ey Rəhman (rəhməti həddindən artıq olan, rəhməti həm mö”minə, həm də kafirə şamil olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Rəhim (rəhməti sabit olan, kəsilməyən), uca məqamlısan, ey Kərim (ehsan və ne”mət sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Məlik (əmr və hökm sahibi), uca məqamlısan, ey Malik! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qüddus (nöqsanlardan, eyblərdən pak olan), uca məqamlısan, ey Səlam (sağlamlıq bəxş edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mö”min (əmin-amanlıq bəxş edən), uca məqamlısan, ey Mühəymin (məxluqun əməllərinə, əcəllərinə və ruzilərinə nəzarət edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Əziz (məğlub olmayan, Onunla müqabil olmayan qalib), uca məqamlısan, ey Cəbbar (məxluqun ixtiyarı olmayan bə”zi işlərə məcbur edən, onların hallarının çatışmamazlıqlarını islah və cübran edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mütəkəbbir (kibriya və mülk sahibi), uca məqamlısan, ey Mütəcəbbir (əmrinin qarşısı alına bilməyən, kibriya sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Xaliq (xəlq edən), uca məqamlısan, ey Bari (məxluqu nümunə olmadan yaradan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Müsəvvir (məxluqata surət verən), uca məqamlısan, ey Müqəddir (qəzavü-qədəri müqəddər edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Hadi (hidayət edən), uca məqamlısan, ey Baqi (əbədi varlıq)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Vəhhab (hər məxluqa, onların öz ləyaqətləri qədərində əta edən), uca məqamlısan, ey Təvvab (çox tövbə qəbul edən, günahı bağışlamaq üçün bəndələrə çox-çox yaxınlaşan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Fəttah (kömək edən, rəhmət və ruzi qapılarını açan), uca məqamlısan, ey Mürtah (rəhmət sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Seyyidim (şərəf və əzəmət sahibim), uca məqamlısan, ey Mövlam (ixtiyar sahibim)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qərib (bəndələrə yaxın), uca məqamlısan, ey Rəqib (heç nəyin Ondan yayınmadığı keşikçi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mübdi (xilqətin başlanğıc səbəbi), uca məqamlısan, ey Müid (xilqətin sonunun səbəbi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Həmid (bütün məxluqat tərəfindən həmd və sənaya layiq görülən), uca məqamlısan, ey Məcid (kərəm və izzət sahibi)! Bizə Öz qəhr odundan aman (pənah) ver, eyMücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qədim (Əzəli, heç vaxt zavala uğramayan varlıq, vücudu üçün başlanğıc olmayan), uca məqamlısan, ey Əzəm (zatən və sifətən kamal həddində olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Ğəfur (bağışlaması çox olan), uca məqamlısan, ey Şəkur (hətta azacıq itaətə də qiymət verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Şahid (bütün işlərə nəzarət edən), uca məqamlısan, ey Şəhid (heç nəyin Ondan qeybdə olmadığı Kəs)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Hənnan (Ondan üz çevirənləri qəbul edən, rəhmət sahibi), uca məqamlısan, ey Mənnan (bir şeyi istəməzdən qabaq əta etməyə başlayan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Bais (ölüləri dirildən), uca məqamlısan, ey Varis (məxluqatdan irs aparıb təkcə Özü qalan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mühyi (dirildən), uca məqamlısan, ey Mümit (öldürən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Şəfiq (məxluqata çox-çox mehriban olan), uca məqamlısan, ey Rəfiq! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Ənis (ünsiyyət bağlayan), uca məqamlısan, ey Munis! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Cəlil (sifətlərində kamil), uca məqamlısan, ey Cəmil (fe”lləri gözəl vəsfləri kamil)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Xəbir (olmuş və olacaq şeylərə alim olan, heç nəyin Ondan qaib olmadığı, heç nəyin Ondan fövtə getmədiyi, hər şeyin zatına, həqiqətinə agah olan), uca məqamlısan!
Ey Bəsir! (varlıqların hamısını, heç nəyə ehtiyacı olmadan müşahidə edən, zahir və batinləri görən, hər şeyin kamal sifətləri Onun üçün aşkar olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Həfiyy (köməkçi və xeyirxah), uca məqamlısan, ey Məliyy (möhlət verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Mə”bud, uca məqamlısan, ey Mövcud! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Ğəffar (günahları və eybləri örtən), uca məqamlısan, ey Qəhhar (qəhri və qələbəsi çox şiddətli olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Məzkur (zikr olunan), uca məqamlısan, ey Məşkur (hətta azacıq taətə qiymət verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Cəvad (əta etməkdə paxıllıq etməyən), uca məqamlısan, ey Məaz (sığınacaq yeri, pənahgah)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Cəmal, uca məqamlısan, ey Cəlal! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Sabiq (hər şeydən öncə möcud olan), uca məqamlısan, ey Raziq (ruzi verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Sadiq (doğruçu), uca məqamlısan, ey Faliq (gecə zülmətini gündüzün nuru ilə yaran)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Səmi” (eşidilən və eşidilməyən şeylərin Ondan gizli olmadığı), uca məqamlısan, ey Səri” (hesablara sür”ətlə yetişən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Rəfi” (şərif), uca məqamlısan, ey Bədi” (numunə olmadan icad edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Fəʹal, uca məqamlısan, ey Mütəal! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qazi (hakim), uca məqamlısan, ey Razi (əmrini icra edən bəndələrdən razı olan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Qahir (qələbəsi və qəhri şiddətli olan), uca məqamlısan, ey Tahir (Özü pak olub başqalarını da çirkinliklərdən paklayan)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Alim! (bütün varlıqlar və onların cüzʹiyyatlarından agah olan), uca məqamlısan, ey Hakim! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Daim (həmişəlik varlıq), uca məqamlısan, ey Qaim (hər şeyə nəzarət edən, Öz zatı əsasında mövcud olan, hər bir nəfsə nəzarət edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Asim (bəndələri günahlardan pisliklərdən hifz edib çəkindirən), uca məqamlısan, ey Qasim (bəndələrin işlərini bölüşdürən, yaxud onların nəsiblərini verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Ğəniyy (zatən qəni və ehtiyacsız olan, bütün mövcudatın Ona ehtiyaclı olduğu), uca məqamlısan, ey Müğni (istədiyi bəndələri hər şeydən ehtiyacsız edən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Vəfiyy (əhdinə vəfa edən), uca məqamlısan, ey Qəviyy (qüvvəli)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!
Hər bir nöqsan və eybdən pak və münəzzəhsən, ey Kafi (istədiyi bəndəsini hər şeydən ehtiyacsız edən, onlara kifayət edən), uca məqamlısan, ey Şafi (şəfa verən)! Bizə Öz qəhr odundan aman (pənah) ver, ey Mücir!

Advertisements

Aşura Ziyarəti

Salam olsun sənə, ey Əba Əbdillah (Əbdullahın oğlu)

Salam olsun sənə, ey Allah elçisinin övladı

Salam olsun sənə, ey Allahın seçdiyi və seçdiyinin oğlu

Salam olsun sənə, ey möminlər əmirinin oğlu və ey vəsilər ağasının oğlu

Salam olsun sənə, ey aləm qadınlarının xanımı Fatimənin oğlu

Salam olsun sənə, ey Allahın intiqamını alan və ey Allahın intiqamını alanın oğlu! Ey o kəs ki, köməkçilərinin hamısı şəhadətə yetdi və sənin intiqamını almaq üçün bir kəs qalmadı!

Salam olsun sənə və o ruhlara ki, sənin qarşında təzim etdilər.

Sizin hamınıza məndən Allahın salamı olsun, nə qədər ki, mən varam və gecə-gündüz bərqərardır. Ey Əba Əbdillah, sənin müsibətin və matəmin bizim üçün və bütün müsəlmanlar üçün böyükdür. Sənin müsibətin asimanlarda bütün səma əhlinə böyükdür, yanıqlıdır. Allah lənət etsin o ümmətə ki, siz Əhli-beytə qarşı bu zülmün və amansızlıqların əsasını qoydular, Allahın sizin üçün müqəddər etdiyi məqam və mənzilətdən məhrum etdilər, uzaq saldılar. Allah lənət etsin o ümmətə ki, sizi qətlə yetirdi.

Allah lənət etsin o kəslərə ki.sizə qarşı müharibənin müqəddiməsini işləyib hazirladı (şərait yaratdılar). Onlardan, onlara tabe olanlardan, dostlarından Allaha və sizə təbərri edirəm (sığınıram). Ey Əba Əbdillah, həqiqətən mən qiyamətə kimi sizinlə sülh-səfada olanlarla sülhdə, sizinlə müharibədə olanlarla müharibədə olacağam. Allah lənət etsin Ziyad övladlarına, Mərvan övladlarına. Allah lənət etsin bəni-üməyyənin hamısına. Allah lənət etsin Mərcanın oğluna (ibni Ziyada), Allah lənət etsin Ömər ibni Sədə, Allah lənət etsin Şimrə, Allah lənət etsin o admlara ki, atlarını səninlə müharibə etmək üçün yəhərləyib, cilovlayıb, üzlərinə niqab saldılar, müharibəyə ciddi hazırlaşdılar.

Atam-anam sənə fəda olsun, həqiqətən mənim sənə matəm saxlamağımın əcri və savabı çox-çox böyükdür. Sənin məqamını əziz edən və sənin səbəbinlə məni əzizləyib ikramlı edən Allahdan istəyirəm ki, Muhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in Əhli-beytindən olan qalib Imamın (İmam Zamanın) önündə sənin intiqamını almağı mənə nəsib etsin. Ilahi, imam Hüseyn (ə) xatirinə məni dünya və axirətdə Öz yanında abırlı-həyalı, uca şanlı et! Ey Əba Əbdillah, həqiqətən mən səninlə dostluq, bu zülmlərin əsasını qoyan və bu əsasda hərəkət edən, sizə və sizin şiələrə qarşı zülm və cəfasını davam etdirənlərdən bezar olmaqla Allaha, Onun Rəsuluna, Əmirəl-mömininə, Fatiməyə, Həsənə və sənə yaxınlaşmaq istəyirəm.

Allahın dərgahında və sizin hüzurunuzda onlardan bezarlığımı bildirir, siz və sizi sevənlərə məhəbbət göstərməklə, həmçinin sizin düşmənlərinizdən, sizinlə müharibə edənlərdən, onların dostlarından və onlara tabe olanlardan bezarlıq etməklə, əvvəl Allaha, sonra isə sizə yaxınlaşmaq istəyirəm. Mən sizinlə sülh edənlərlə sülh, müharibə edənlərlə müharibə edirəm, sizi sevib məhəbbət göstərənlərlə dost, sizinlə düşmənçilik edənlərlə düşmənəm. Siz və sizin dostlarınız barədə mərifət kəsb etmək səbəbilə məni kəramətli edən, düşmənlərinizdən bezarlıq etməyi mənə ruzi nəsib edən Allahdan istəyirəm ki, məni dünya və axirətdə sizin yolunuzda, əməli saleh, uca dərəcəli, qədəmlərimi sidq qədəmli, sabitqədəm etsin. Ondan istəyirəm ki, məni sizin Allah yanında malik olduğunuz bəyənilmiş məqama (məqami məhmuda-şəfaət məqamına) çatdırsın, Siz Əhli-beytdən olan hidayətçi, haqqı deyən aşkar İmamın (İmam Zaman əleyhissəlamın) önündə sizin intiqamınızı almağı mənə nəsib etsin.

Allahı, sizin Onun yanında olan haqqınız, məqam və mənzilətinizə and verib, istəyirəm ki, sizə matəm saxlamaq müqabilində mənə ən yaxşı xeyir əvəzi versin, elə bir əvəz ki, matəm saxlayanlara verilər. Bu, İslamda, həmçinin bütün asimanlarda və yerdə əsər-əlamət qoyan necə də böyük müsibətdir. İlahi, məni bu məqamda o kəslərdən qərar ver ki, Sənin tərəfindən ona salavat, rəhmət və məğfirət şamil olur. İlahi, həyatımı Muhəmməd və Ali Muhəmmədin həyatı kimi, ölümümü Muhəmməd və Ali Muhəmmədin ölümü kimi qərar ver. İlahi, həqiqətən bu gün elə bir gündür ki, bəni üməyyə, ciyər yeyənin oğlu, Sənin və Peyğəmbər (s.ə.a.v)-in dilindən o həzrətin dayandığı, iqamət seçdiyi hər bir yerdə lənətlənən məlunun oğlu sevinmiş, bayram keçirmişdir. Ilahi, Əbu Sufyana, Muaviyəyə, Yezid ibni Muaviyəyə lənət et. Sənin əbədi lənətin onlara olsun! Bu bir gündür ki, Ziyad övladları, Mərvan övladları Hüseyn (ə)-ı öldürməklə xoşhal olmuşdur. İlahi, öz lənət və dərdli əzabını onlara iki qat artır!

Ilahi. Mən bu gündə, bu məqamımda və həyatımın bütün günlərində onlardan bezarlıq edib lənət göndərməklə, Sənin Peyğəmbərinə və onun övladlarına (salamullahi əleyhim) məhəbbət bəsləməklə Sənin dərgahına yaxınlaşıram.

(100 dəfə) – llahi, Muhəmməd və Ali Muhəmmədin haqqına zülm edən ilk zülmkara və bu zülmdə onlara tabe olan sonrakı zülmkarlara lənət et! Ilahi, imam Hüseyn (ə)-la müharibə edən, onun qətlində bir-birinə kömək edib, əlbir olan və bir-birinin ardınca gələn düşmənlərə lənət et! İlahi, onların hamısına lənət et!

(100 dəfə) – Salam olsun sənə, ey Əba Əbdillah və salam olsun o ruhlara ki, sənin qarşında təzim etmişlər. Bizdən sənə Allahın salamı olsun, nə qədər ki, mən varam və nə qədər ki, gecə-gündüz bərqərardır.Allahdan istəyirəm ki, sənin bu ziyarətini mənim son ziyarətim qərar verməsin. Salam olsun Hüseynə, Əliyyibnil Hüseynə, Hüseynin övladlarna, Hüseynin səhabələrinə. İlahi mənim lənətimi (Muhəmməd və Ali Muhəmmədin haqqını qəsb edərək onlara zülm edən) ilk zalıma məxsus et !  Əvvəlcə ilk zalımdan başla, sonra ikinciyə, sonra üçüncüyə, sonra dördüncüyə lənət et! İlahi, beşinci yerdə Yezidə lənət et ! Übeydullah ibni Ziyada, Mərcanənin oğluna, Ömər ibni Sədə, Şimrə, Əbu Sufyan övladlarına, Ziyad övladlarına, Mərvan övladlarına Qiyamət gününə kimi lənət et!

(Səcdədə)

Ilahi, Sənə həmd-səna edirəm, Əhli-beytin müsibətində iştirak edənlərin Sənə şükür, həmd-səna etməsi kimi, Allaha həmd-səna edirəm müsibətimin böyüklüyünə görə. İlahi, İmam Hüsevn (ə)-ın şəfaətini mənə qismət et, məni, Öz dərgahında Hüseyn (ə) və onun səhabələri ilə birlikdə, əməli saleh, uca məqamlı. həqiqət axtaran, qədəmlərəmi sidq qədəmli, sabitqədəm et. Elə səhabələr ki, öz ruhlarını (yaxud qəlblərini pak qanlarını) Hüseyn (ə)-a fəda etdilər.

Fərəc Duası

Fərəc Duası
Bismilləhir Rahmənir Rahim.İlahi, əzuməl-bəlau və bərihəl-xəfa, vənkəşəfəl-ğitau vənqətəər-rəca, və zaqətil-ərzu və muniətis-səma, və əntəl-mustəanu və iləykəl-muştəka, və ələykəl-muəvvəlu fiş-şiddəti vər-rəxa. Əllahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd, ulil-əmril-ləzinə fərəztə ələyna taətəhum və ərrəftəna bizalikə mənzilətəhum, fəfərric ənna bihəqqihim fərəcən acila, qəribən kələmhil-bəsəri əv huvə əqrəb, ya Muhəmmədu ya Əliyy, ya Əliyyu ya Muhəmməd, ikfiyani fəinnəkuma kafiyan, vənsurani fəinnəkuma nasiran, ya Məvlana ya Sahibəz-zəman, əl-ğəvs, əl-ğəvs, əl-ğəvs, ədrikni ədrikni ədrikni, əs-saət, əs-saət, əs-səaəh, əl-əcəl, əl-əcəl, əl-əcəl, ya ərhəmər-rahimin, bihəqqi Muhəmmədin və alihit-tahirin.

Rəhman və Rəhim Allahın adı ilə.İlahi,bizim bəla və müsibətlərimiz böyüdü və bizim çarəsizliyimiz aşkar oldu və işin üstündən pərdə götürüldü və ümidim ümidsizliyə çevrildi və yer bizə daraldı və səmanın rəhməti bizdən əsirgəndi.Və yalnız Sənsən bizim kömək və yavərimiz,və bizim şikayətlərimiz Sənədir.Və hər bir çətinlik və asanlıqda yeganə arxalandığımız Sənin lütfündür.İlahi salavat göndər Muhamməd və Ali Muhammədə,hansılar ki,ilahi əmrin sahibidirlər(ulil-əmrdirlər) ,və bizə Onların itaətini vacib etdin və bununla Onların məqamını bizə tanıtdın.Belə isə Onların mənziləti və qədrinə xatir bizə fərəc və genişlik ver,özü də çox tez və yaxın,bir göz qırpımında vəya ondan daha da tez əta et! Ey Muhamməd ey Əli,ey Əli ey Muhamməd.Siz mənə kifayət edin ki,yalnız Siz kifayət edənsiniz.Mənə kömək edin ki,yalnız Siz mənim kömək edənimsiniz.Ey mənim mövlam,ey Sahibəzzaman.Fəryada yet,Fəryada yet,Fəryada yet,Məni dərk et,Məni dərk et,Məni dərk et,Elə bu saat,Elə bu saat,Elə bu saat,Tez,Tez,Tez,ey mehribanlarin ən mehribanı,Muhamməd və Onun pak ailəsinə xatir…

Ayətül Kürsi

Bismillahir – rəhmanir – rəhim. Əllahu la ilahə illa huvəl-həyyul-qəyyum, la təxuzuhu sinətun və la nəvm, ləhu ma fis-səmavati və ma fil-ərz ,mən zəl-ləzi yəşfəu indəhu illa bi-iznihi, yələmu ma bəynə əydihim və ma xəlfəhum,və la yuhitunə bişəyin min ilmihi illa bima şəə ,vəsiə kursiyyuhus-səmavati vəl-ərz,və la yəuduhu hifzuhuma,və huvəl-Əliyyul-Əzim.La ikrahə fid-din,qəd təbəyyənər-ruşduminəlğəyy ,fəmən yəkfur bit-tağuti və yumin billahi fəqədis-təmsəkə bil=urvətil-vusqa,lən-fisamə ləha,vəllahu Səmiun Əlim.Əllahu vəliyyul-ləzinə amənu yuxricuhumut-tağutu yuxricunəhum minən-nuri iləz-zulumat, ulaikə əshabun-nari hum fiha xalidun.

Bağışlayan və mehriban Allahın adı ilə!Allahdan başqa heç bir Tanrı yoxdur.(Zatı və kamal sifətləri ilə hər şeyə qadir olub bütün kainatı yaradan və idarə edən ,bəndələrini dolandıran və onların işlərini yoluna qoyan )Əbədi ,əzəli varlıq Odur. O,nə mürgü,nə də yuxu bilər.Göylərdə və yerdə nə varsa ,hamısı Onundur.Allahın izni olmadan qiyamətdə onun hüzurunda kim şəfaət edə bilər?!O,bütün yaranmışların keçmişini və gələcəyini bilir.Yaranmışlar Allahın elmindən ,Onun özünün istədiyindən başqa,heç bir şey qavraya bilməzlər.Onun kürsüsü göyləri və yeri əhatə etmişdir.Bunları mühafizə etmək onun üçün heç də çətin deyil. Ən uca ,ən böyük varlıq da Odur!Dində məcburiyyət yoxdur.Artıq doğruluq azğınlıqdan ayırd edildi.Kim Şeytanı inkar edib Allaha inam gətirsə, o, artöq qöröla bilməyən ipdən yapışmış olur.Allah eşidəndir,biləndir.Allah ona iman gətirənlərin dostudur,onları zülmətdən çıxardıb işığa tərəf yönəldər.Kafirlərin dostu isə Şeytandır.Onları işıqdan ayırıb ,zülmətə salarlar.Onlar cəhənnəmlikdirlər və orada əbədi olaraq qalacaqlar.